Ədliyyə nazirindən yeni vəzifəyə TƏYİNAT
Ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə rəis təyin edib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.
O, bu ilin iyun ayında Mətbuat Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.
Oxşar xəbərlər
Yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsində təxminən üç-dörd ay əvvəl tikilən obyektlə bağlı yerli sakinlər narahatlıqlarını Baku TV-yə ifadə edi...