DYP sürücülərə, valideynlərə və məktəb kollektivlərinə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideynlərə və məktəb kollektivlərinə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:
"Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusən də məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı, hərəkət sürətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideynlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik! Bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməyi bir daha xahiş edirik!"
Oxşar xəbərlər
146 avtobus ünvana GECİKİR
Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...