DYP küləkli hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava xəbərdarlığı ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Oxşar xəbərlər
Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı
Gəncənin Şəhidlər xiyabanında 600-ə yaxın Vətən fədaisi uyuyur. Onlardan 480-i Birinci Qarabağmüharibəsinin, digərləri isə Vətən müharibəsinin şəhidləridir. Vət...