İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Sosial 118

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:

"Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.

Mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.

Sərnişinlərə isə isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıya dron radarlar gətiriləcək? - RƏSMİ AÇIQLAMA

Bakıya dron radarlar gətiriləcək? - RƏSMİ AÇIQLAMA

"Azərbaycanda piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında...

1114 Sosial 18:12 06 iyun 2024

Son xəbərlər