DYP həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, "icaze.e-gov.az" portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək:
“Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlardaşənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...