DYP dumanlı havaya görə hərəkət iştirakçılarına müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib.
Qeyd edilib ki, duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaradır:
"Bu səbəbdən sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".
Oxşar xəbərlər
Qızıl alıb-satmaq istəyənlərin diqqətinə - QİYMƏTLƏR AÇIQLANDI
Son günlər dünya bazarında qızılın qiymətində artım müşahidə olunur. Beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti iyulun əvvəlində 4 000 dollar ətrafın...