DYP-dən XƏBƏRDARLIQ! Bunu edənləri 200 AZN cərimə və ya 1 ay həbs cəzası gözləyir

DYP-dən XƏBƏRDARLIQ! Bunu edənləri 200 AZN cərimə və ya 1 ay həbs cəzası gözləyir
Sosial 12601

DİN Baş DYP İdarəsi tətbiq edilmiş qadağalara riayət edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət haqqında məlumat yayıb.

DYP-dən BAKU.WS-ə verilən xəbərə görə, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir:

"Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin.

Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

62209 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər