DYP-dən valideynlərə XƏBƏRDARLIQ - Uşaqlara...

DYP-dən valideynlərə XƏBƏRDARLIQ - Uşaqlara...
Açıqlama
Sosial 106

Son dövrlər paytaxt BAkıda bəzi valideynlərin azyaşlı övladlarına avtomobil və ya ikitəkərli nəqliyyat vasitəsi idarə etməyə icazə verməsi narahatlıq doğuran hallardan birinə çevrilib.

BAKU.WS-in məlumatına görə, qanunvericiliklə belə yaşda uşaqların sükan arxasına keçməsi qəti şəkildə qadağandır.

Lakin sosial şəbəkələrdə və gündəlik həyatda bunun əksini göstərən mənzərələr az deyil. Bu cür məsuliyyətsizlik təkcə həmin uşaqların deyil, digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükə altına atır və nəticədə ciddi qəzalara, hüquqi məsuliyyətə yol aça bilər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-ə bildirib ki, valideynlər bu məsələdə diqqətli olmalı və azyaşlı övladlarına nəqliyyat vasitələrini verməməlidir:

"Təəssüflər olsun ki, qeyd etdiyiniz hallar mövcuddur. Paytaxt ərazisində keçirilən tədbirlər zamanı belə hallarla qarşılaşırıq. DYP əməkdaşı tərəfindən saxlanılır və vizual şəkildə məlum olur ki, yaşı həmin nəqliyyat vasitəsini idarə etmək üçün uyğun deyil.

Belə olduğu təqdirdə valideynlər ərazi üzrə sahə müvəkkili, eyni zamanda yerli müvafiq icra hakimiyyəti orqanlarına dəvət olunur və onlarla söhbər aparılır. Əfsuslar olsun ki, bəzi valideynlər öz övladlarına istər avtomobil, istərsə də ikitəkərli nəqliyyat vasitələrini etibar edirlər. Bunun nəticəsi isə sonda ağır olur.

Bütün yol hərəkəti iştirakçılarından xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına biganə yanaşmasınlar. nəzərə almaq lazımdır ki, adi diqqətsizlik böyük yol nəqliyyat hadisələri, ağır hadisələrin baş verməsinə səbəb ola bilər".

Orxan Hüseyn

Son xəbərlər