DYP-dən sürücülərə vacib XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Bu barədə BAKU.WS-ə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Oxşar xəbərlər
Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?
İyunun 25-də Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq etməsi bu günə qədər yaranan bir sıra suallara cavab tapm...