Yol polisindən qaçan sürücünün videosu ilə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO
Paytaxt Bakı və digər şəhərlərdə yol hərəkət qaydalarını pozduqdan sonra DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücülərə tez-tez rast gəlinir.
BAKU.WS-in məlumatına görə, bu sürücülər əslində məsuliyyətdən yayınmaqla yanaşı həm öz, həm də avtomobildə olan digər şəxslərin də həyatını təhlükəyə atmış olurlar.
Belə hallardan biri ötən gün yenə qeydə alınıb və sürücüyə avtomobildəki şəxslər da dayanması barədə xahiş edib. Sosial şəbəkədə yayılan görüntülər geniş müzakirəyə çevrilib.
Bəs, Yol Patrul Xidməti əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücüləri hansı cəza gözləyir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirdi ki, bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmasına dair tələbini yerinə yetirməməsi hallarına rast gəlinir və belə hallar daha sonra polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamaq hallarına gətirib çıxarır:
"Mövcud vəziyyət yollarda sürücülər və hətəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Yol polisinin əmrinə tabe olmayan sürücü İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə edilir və 4 cərimə balı tərtib olunur.
Sürücülərə bir daha müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özləri və ətrafındakı insanları təhlükəyə atmasınlar, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər".
Oxşar xəbərlər
Yol polisi sizi istədiyi vaxt saxlaya bilər?
Son günlər sosial şəbəkələrdə yol polisinin sürücünü əsassız yerə saxlaması ilə bağlı video geniş müzakirəyə səbəb olub. Yayılan videoda YPX əməkdaşı sürücüyə o...