DYP ali məktəblərdə maarifləndirmə tədbirlərinə başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ali məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları, eləcə də təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başlayıb.
BAKU.WS-in məlumatına görə, idarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova "Report"a bildirib ki, ilk belə tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri təhlil olunduqda, 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayı çoxluq təşkil edir:
"Hər bir gəncin yüksək bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir".
Belə tədbirlərin ilin sonunadək Bakı şəhərində bütün ali məktəblərdə keçirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...