Düşmən su anbarının qarşısını kəsdi - 3 kəndin suvarılması çətinləşdi - FOTO

Düşmən su anbarının qarşısını kəsdi - 3 kəndin suvarılması çətinləşdi - FOTO
Foto
Sosial 348

Ermənistan tərəfi Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Kəmərli kəndində gələn suyun qarşısını kəsib. Nəticədə bu gün kəndin su ilə təminatı istiqamətində ciddi problemlər yaşanır.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən əhali sudan edə bilmir, əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanır.

Kəmərli kəndi ərazisində yerləşən bu su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Düşmən tərəfdən mənbəyini götürən İncə su çayı bu anbara tökülür.

Nəticədə ora yığılan sudan Kəmərli kəndi ilə yanaşı İncə dərəsinin digər kəndlərinin - Qaymaqlı və Aslanbəyli kəndinin sakinləri də istifadə edirdi.

Görünən odur ki, anbarda su yoxdur. Sakinlər deyir ki ermənilər bilərəkdən bura gələn İncəsu çayının qarşısını kəsib. Bir sözlə, indi düşmən hər vəclə çayın Azərbaycan ərazisinə keçməsinə manecilik törədir.

Qazax Suvarma Sistemləri İdarəsindən bildirilib ki, məsələnin həlli ancaq Kür çayından yenidən, yeni nasosstansiyanın qurulması ilə mümkün olar.

Bunun ücün isə aidiatlı qurumlara müraciətlər olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kürün suyu kəskin azalıb - Səbəblər açıqlandı

Kürün suyu kəskin azalıb - Səbəblər açıqlandı

Direktor, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Mə...

780 Sosial 15:51 16 iyun 2020

Son xəbərlər