Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu ötdü
26
dek
2020
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 80 milyon nəfəri ötüb.
BAKU.WS xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 80 027 056 nəfərə çatıb. Onlardan 1 753 313 nəfəri ölüb, 45 145 454 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (18 771 885), Hindistanda (10 169 118) və Braziliyada (7 448 560) qeydə alınıb.
Oxşar xəbərlər
Koronavirus dəhşəti davam edir - Dünya ölkələri sərt tədbirlər görür
Dünyada koronavirusa yoluxanların sayı artaraq 63 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemiya...