Dumanlı hava nə vaxtadək davam edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb”.
G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.
O əlavə edib ki, ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək: “Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...