Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL
İkinci Qarabağ müharibəsi iştirakçısı Asim Bağırov əlilliyin yenidən qiymətləndirilməsi prosesində problemlə qarşılaşdığını bildirir.
A.Bağırov 2020-ci il oktyabrın 2-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ayaqlarından qəlpə yarası alıb.
2021-ci il sentyabrın 27-də isə ona 5 il müddətinə əlillik statusu verilib.
O, bütün lazım olan sənədləri toplasa da, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən Komissiyadan imtina cavabı alıb:
"Mən bütün sənədlərimi topladım, müayinələrdən keçdim. Bu qədər diaqnoza baxmayaraq, Mingəçevir Xəstəxanasındakı Komissiya mənə imtina aktı tərtib etdi. Bu qərar qanunsuzdur. Məsələ ilə bağlı direktorun qəbulunda oldum və nə üçün imtina edildiyini soruşdum. O isə cavabında "kimə istəyirsənsə, şikayət et" dedi".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən aparılan ətraflı və kollegial qiymətləndirmə nəticəsində mövcud tibbi göstəricilərin əlilliyin qiymətləndirilməsi meyarlarına uyğun olmadığı müəyyən edilib:
"Əlillik dərəcəsinin müəyyən edilməsi üçün kifayət qədər tibbi əsaslar formalaşmadığından Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq vətəndaşa tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməyib".
Oxşar xəbərlər
Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər
Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yaşayan sakinlər ərazidəki tamamilə qurumuş iri ağacın güclü külək zamanı aşma təhlükəsi yaratmasından...