Dövlət avtomobilləri satışa çıxarıldı - "Hyundai Sonata" - 4700, BMW 730 - 22500 AZN (QİYMƏTLƏR)
07
mar
2018
10:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır. BAKU.WS-in məlumatına görə, aprel ayının 3-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)(tel:566-07-44)ŞahinBAKU.WS
| S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti(manatla) | 10% beh(manatla) |
| 1. | Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Hyundai Sonata | 2004 | 4700 | 470 |
| 2. | Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Tofaş Şahin Doğan 1.6 | 2002 | 1500 | 150 |
| 3. | Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Mercedes Benz Sprinter 314 | 2006 | 15000 | 1500 |
| 4. | Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 22500 | 2250 |
| 5. | Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7400 | 740 |
| 6. | Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7600 | 760 |
Oxşar xəbərlər
Bakının köhnə 3 qapılı avtobusları satışa çıxarılır - 13-26 min AZN
Əmlak Məsələləri Dövlət Komitəsi mart ayında nəqliyyat vasitələrinin növbəti hərracını keçirəcək.BAKU.WS-in verdiyi məlumata görə, 06 mart 2018-ci il tarixdə hə...