Dövlət qurumu yeni çağırışçılarla bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.
SHXÇDX-dən BAKU.WS-ə verilən məlumata görə, çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.
Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.
Oxşar xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) müddətli həqiqi hərbi xidmət çağırışçılarına müraciət edib. Dövlət Xidmətindən BAKU.WS-ə veril...