Dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı müraciət sayı AÇIQLANIB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 5,1% azalaraq 332 ədəd təşkil edib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən BAKU.WS verilən məlumata görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 93,7%-nə baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata əsasən, aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 5 yeni subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 17 hesabat təqdim edilib.
Ümumilikdə, cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1 506 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 95,9%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 66 hesabat təqdim edilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 16 domen və 41 subdomen qeydiyyata alınıb.
Oxşar xəbərlər
Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilib - Prezidentdən FƏRMAN
“Telekomnukasiya haqqında” qanuna dəyişiklik təsdiqlənib. BAKU.WS xəbər verir ki, bu Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Telekommunikasiya haq...