Dövlət orqanlarının 1500-dən çox xidməti "G2B" portalına inteqrasiya edilib

"Bakı KOB evi"ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, iclasda Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Kooordinasiya Qrupunun sədri, nazirin I müavini Elnur Əliyev 2024-cü ildə yaradılmış Qrupun ilk iclasında verilmiş tapşırıqları xatırladaraq bu platformanın KOB sektoru ilə bağlı dəstək tədbirlərinə dair yeni təşəbbüs və layihələrin irəli sürülməsi, cari fəaliyyətlərə dair məlumatların paylaşılması, fikir mübadiləsi və məsləhətləşmələr, qarşıya çıxan problemlərə dair birgə həll yollarının araşdırılması üçün əhəmiyyətli olduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ötən dövrdə Koordinasiya Qrupu çərçivəsində verilmiş tapşırıq və alınmış qərarların icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, müvafiq dövlət qurumlarının təklifləri əsaslnda Qrupun 2025-ci il üzrə Fəaliyyət Planı hazırlanıb. Dövlət qurumlarının sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlərin optimallaşdırılması ilə əlaqədar müvafiq işçi qrupu formalaşdırılıb. İqtisadiyyat Nazirliyi də daxil olmaqla işçi qrupunda 19 dövlət qurumu təmsil olunur. Dövlət qurumlarının biznesə göstərdiyi xidmətlərin optimallaşdırılması ilə əlaqədar ilkin meyarlar hazırdır. Müvafiq dövlət qurularının rəy və təklifləri əsasında sözügedən meyarlar təkmilləşdirilib. Eyni zamanda dövlət xidmətlərinin "G2B" portalına inteqrasiyası üzrə platformaya yerləşdirilən bütün məlumatlar və xidmətlər audit edilib. Nəticədə 1 may 2025-ci il tarixinədək dövlət orqanlarının 1500-dən çox xidmətinin "G2B" portalına inteqrasiyası təmin edilib.
KOBİA sədri hazırda fəaliyyət göstərən və yaradılmaqda olan KOB evləri barədə də məlumat verirb.
İclasda "G2B" xidmətlərin reyestrində ödənişli əsaslarla həyata keçirilən xidmətlərin optimallaşdırılması istiqamətində fəaliyyətin təşkili, bu məqsədlə təklif edilən meyarlar və "fokus qrupları"n formalaşdırılması ətrafında müzakirələr aparılıb, həmçinin KOB evlərində fəaliyyətin səmərəli təşkilinə və "E-KOB Evi" portalına dair təqdimatlar keçirilib, dövlət qurumlarının təklifləri dinlənilib.
Koordinasiya Qrupu Nazirlər Kabinetinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılıb, KOB-ların inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, KOB evlərində Koordinasiya Qrupunda təmsil olun dövlət orqanları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının nümayəndələrindən ibarət ictimai əsaslarla daimi fəaliyyət göstərən kollegial orqandır. Qrupda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.
Qalereya
Oxşar xəbərlər
Hansı fobiya hansı travma ilə bağlıdır? — Mütəxəssislər açıqlayır
Fobiyalar insanın gündəlik həyatına mənfi təsir edən irrasional qorxulardır. BAKU.WS xəbər verir ki, psixoloqların fikrincə, bu qorxuların bir çoxu keçmişdə yaş...
