Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
“Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
“Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərinin yaxınlığında olan məktəblərdə icbari təhsilə cəlb edək. Bəzi hallarda daşınma tərəfimizdən təmin olunur.
Məktəblər əsaslı təmirə bağlandıqda və yaxud hansısa məktəbin infrastrukturu ilə bağlı problem yarandıqda yaxında yerləşən təhsil ocağına uşaqların daşınmasını dövlət büdcəsinin vəsaiti hesabına təmin edirik”, - o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...