DİN-dən valideynlərə MÜRACİƏT: “Gizlilik qaydalarını öyrədin”
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.
BAKU.WS xəbər verir ki, Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:
- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;
- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;
- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;
- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;
- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.
Oxşar xəbərlər
Hacı Şahinin villası, bağ evi, şirkəti var?
Son dövrlər cəmiyyət arasında dini mövzularda qütbləşmə yaranıb. Bir qisim insan sosial şəbəkələr vasitəsilə İslam dinini, inanclıları lağ-lağı obyektinə çeviri...