DİN-dən universitet tələbəsini oğurlayan şəxslə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar.
Hazırda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? - QİYMƏTLƏR - FOTO
Sentyabrın 15-i Azərbaycanda yeni dərs ili başlayır. Bu günlərdə həm valideynləri, həm də tələbələri ən çox narahat edən məqamlardan biri yataqxana məsələsidir....