DJ Çinanın "Covid-19"la bağlı paylaşımı hər kəsi qorxutdu - FOTO

DJ Çinanın Covid-19la bağlı paylaşımı hər kəsi qorxutdu - FOTO
Sosial 1761

DJ Çina (Çingiz Mustafayev) sevənlərini dəhşətə gətirəcək paylaşım edib.

BAKU.WS xəbər verir ki, insanları karantin rejiminə əməl etməyə çağırmaq üçün sosial şəbəkədə belə bir status paylaşıb:

"Haqqınızı halal edin! ‪Kədərlənərək qeyd edəcəm ki, bu gün Covid-19 testi etdirdim və saat 6-dan sonra pozitiv olduğu bildirildi.‪ İndi artıq xəstəxanada karantin altındayam. Əlbəttə, çalışacam, mümkün qədər tez-tez vəziyyətim ilə bağlı narahat olanları məlumatlandırım.

Bəlkə, uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!"‪

Dj bu sözlərinə ara verdikdən sonra evdə qal çağırışını edib: "Belə bir paylaşım etməmək üçün evdə qalın".

Musiqiçinin #evdəqal çağırışı yanlış anlaşılıb və hər kəs onun koronavirusa tutulduğunu düşünərək təəssüf və kədər hissi keçirib.

DJ Çinanın

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər