Diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimə söhbəti ilə bağlı SORĞU (VİDEO)
26
okt
2017
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobildə diqqəti yayındıran söhbətə görə sürücülərin 40 manat cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə nöqtə qoyulub. BAKU.WS-in məlumatına görə, “Yol Hərəkəti Haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunan qadağa böyük narazılığa səbəb olsa da Bakı şəhər və Baş Dövlət Yol Polisi idarəsi belə bir qadağanın olmadığını bəyan edib. İdarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib ki, qanunda hər hansı dəyişiklik edilməyib. Bu məsələnin yenidən müzakirəyə çıxarılmasına ehtiyac yoxdur. Lakin BAKU.WS-in sorğusu zamanı sürücülər arasında bu qadağanı dəstəkləyənlər də oldu. Onlar qeyd edirlər ki, qadağa sürücü və sərnişinin təhlükəsizliyi üçündür və yaxşı sürücünün diqqəti yayınmaz. Paytaxtda keçirilən sorğunu təqdim edirik.Tuncay SəmədBAKU.WS
Oxşar xəbərlər
Avtomobildə diqqəti yayındıran söhbətlə bağlı yeni RƏSMİ AÇIQLAMA (VİDEO)
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev avtomobildə diqqəti yayındıran söhbətə görə sürücülərin cərimələnməsini nəzərdə tutan maddə ilə bağlı...