DİQQƏT! - Suda boğulma hallarında şəxsə necə kömək etməli? - Nazirlikdən VACİB MƏLUMAT
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizi sahilində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda təlim keçirilib.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, təlimdə əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər "zərərçəkmişləri" xilas edərək ilkin yardım göstərdikdən sonra "aidiyyəti üzrə təhvil veriblər".
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın milli süni intellekt strategiyası MÜZAKİRƏ EDİLDİ
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə rəqəmsal Azərbaycan qurulur: süni intellekt dövlət idarəçiliyini necə dəyişəcək? A...