Diqqət! Bakıda bunu edənlər kamera ilə aşkar edilərək 40 AZN cərimə ediləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər' ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.
Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı, ekologiyanın çirklənməsinə, xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.
Araz Əsgərli deyib ki, belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz şəhər kameraları ilə nəzarətətdə saxlanılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
DYP Novruz bayramı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib. BAKU.WS İdarədəyə istinadən xəbər verir ki, xüsusi texniki vasitələrlə,...