Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni şöbə yaradılıb, təyinat olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsi yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Elnarə Kərimova yeni şöbəyə müdir təyin edilib.
Dini təhsil şöbəsi bu ilin yanvar ayından fəaliyyətə başlayıb.
Qeyd edək ki, E.Kərimova bundan əvvəl Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Dövlət Komitəsi Aparatının müstəqil struktur bölməsi olan Dini təhsil şöbəsi ölkədə dini təhsillə bağlı vəziyyəti öyrənir, dini təhsillə əlaqəli prosesləri izləyir, eləcə də dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasını təmin edir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...