DİM: Bu gün saat 15:00-da imtahanın düzgün cavabları açıqlanacaq
İlkin Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Mərkəzdən verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları "Youtube"da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda bu pulu 250 manata alırlar
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. Trend xəbər verir ki,...