Digər rayonlara da giriş-çıxış bağlandı - VİDEO

Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır. Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Avtosfer.az-a izləyicilər videomaterial göndəriblər. Belə ki, Gəncə və Ağdam rayonlarının girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq.
Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.
Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.
Oxşar xəbərlər
Bahar Muradova koronavirusa qarşı mübarizə ilə bağlı ailələrə çağırış etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib. BAKU.WS-i...