Dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunurmu? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu günlərdə dərsdən qalan şagirdlərdən həkimdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı sosial şəbəkədə yayılan məsələyə münasibət bildirib.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, o qeyd edib ki, koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib.
Sektor müdiri həmçinin sosial şəbəkədə Göyçay rayonunda 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib: "Sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda sinif otaqlarının qapısını dezinfeksiya etməsi fotosunu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Ola bilər ki, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işləri Bakıda və bölgələrdə sanitar epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".
Oxşar xəbərlər
BSU-nun rektorunun 60 minlik RÜŞVƏT FAKTI - RƏSMİ
Hesablama Palatası Bakı Slavyan Universitetində aparılan audit yoxlamasının nəticəsini açıqlayıb.BAKU.WS ONA-ya istinadən məlumatına görə, Bakı Slavyan Universi...