Deputatların maaşının 5 mindən 7 minə qədər artması xəbərinə REAKSİYA - YENİLƏNİB

Deputatların maaşının 5 mindən 7 minə qədər artması xəbərinə REAKSİYA - YENİLƏNİB
Sosial 6125
Milli Məclisin deputatlarının ezamiyyət xərcləri və maaşlarının artırılması ilə bağlı xəbər yayılıb. BAKU.WS xəbər verir ki, unikal.org saytının yazdığı məlumatda bildirilir ki, deputatların ezamiyyət xərcləri aldıqları əmək haqlarının 100%-nə qədər yüksəlib. Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib.Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: “Misal üçün deputatlar rayonlara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə, vəsait ayrılır”.Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu və komitə sədri Ziyad Səmədzadə isə Oxu.Az-a açıqlamasında məsələni təkzib edib. Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə belə bir məsələnin olmadığını, ancaq gələcəkdə olmasının istisna olunmadığını da vurğulayıb.Mia. az saytı isə konkret olaraq spikerin, komitə sədrlərinin, deputatların maaşının artdığını yayıb. Qeyd olunur ki, bu barədə sayta deputat köməkçilərindən biri məlumat verib.Bildirilir ki, parlament sədri 7424 manat (əvvəl - 3 712 manat), sədrin birinci müavini 6680 manat (əvvəl - 3 340 manat), sədrin müavini 6308 manat (əvvəl - 3154 manat), komitə sədri: 5940 manat (əvvəl - 2970 manat), komitə sədrinin müavini 5568 manat (əvvəl - 2 784 manat), sıravi deputat isə 5196 manat (əvvəl - 2 598 manat) maaş alır. Məsələ ilə bağlı deputat Fazil Mustafa “Qafqazinfo”ya bildirib ki, sıravi deputatın maaşının 5196 manat olması ilə bağlı xəbər düzgün deyil:“Sadəcə müavinətlər artırıla bilər. Ancaq bu da 5000 manat səviyyəsində deyil”.BAKU.WS17:23Artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar. BAKU.WS mia.az-a istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub. Bundan sonra MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)Məlumata görə, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb: "Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in aparatına toplanmış, ancaq demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil".Məlumata görə, problemlə bağlı Milli Məclisin Maliyyə idarəsi ilə İşlər idarəsinin müdiri Firudin Hacıyevə də müraciət olunub. Lakin bu müraciətlər faydasız olub: "Nəticədə deputat köməkçiləri, ekspertlər, sürücülər və xadimələr bu artımdan kənarda qalıblar".BAKU.WS

Son xəbərlər