Deputat şadlıq sarayları ilə bağlı hazırlanan qaydaları açıqladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Toylarla bağlı qaydaları ÜST-ün tövsiyələrinə, digər ölkələrin təcrübəsinə və bu gün fəaliyyət göstərən restoranlardakı qaydalara istinad edərək hazırlayacaqlar.
BAKU.WS xəbər verir ki, bunu "ARB24"-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.
“Hazırkı mərhələdə bunu təsnifatı ilə dəqiq izah edə bilmərik. Çünki qaydalar hələ hazırlanır. Əvvəlki təcrübəni nəzərə alsaq, restoranlar üçün hazırlanmış standart qaydalara cavab verən şadlıq sarayları fəaliyyət göstərə bilərlər. Qaydalarda məsafə, yerlərin sayı məsələsi hazırlanır. Gözlənti odur ki, bu gün fəaliyyət göstərən restoranlarda olan qaydalar şadlıq saraylarında da tətbiq olunmalıdır.
Lakin toyların keçirilməsinə əlavə qaydalar da daxil edilə bilərlər. Rəqs, musiqi məsələsi ilə bağlı qaydalar şadlıq evlərində əməl olunmalıdır. Toyda iştirak edənlərin sayında da məhdudiyyət olmalı və sosial məsafə gözlənilməlidir, - o bildirib.
Oxşar xəbərlər
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Koronavirus pandemiyası dövründə cəmiyyəti maraqlandıran ən böyük suallardan biri toyların keçirilməsinə nə zaman icazə veriləcəyi ilə bağlıdır. Bəllidir ki, ko...