Deputat qiymət artımına qarşı tədbir görməyə çağırıb: "Digər xərclər də qalxacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyub”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bunun üçün Milli Məclisdə ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçirilməsi çox yerindədir:
“Bu böyük tədbirin praktiki əhəmiyyətini artırmaq üçün qaldırılan məsələlər həllini tapmalıdır. Pulsuz testlərin istifadə dairəsinin genişləndirilməsi, pullu testlərin qiymətlərinin 2-3 dəfə endirilməsi həll olunmalıdır. İkinci olaraq, pensiyaların artması müsbət hadisədir. Ancaq bununla paralel qiymətlər də artır. Bunun qarşısı alınmalıdır.
Dövlət strukturu olan “Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil. Digər xərclər də qalxacaq. Bu, aşağı təbəqə insanların həyatını daha da çətinləşdirəcək. Bu təşkilatların təsərrüfatsızlığının əvəzini Azərbaycan xalqı ödəməməlidir. Bunlarla bağlı tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...