Deputat: “Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz bölgələrimizin adının tanınması ilə bağlı fərqli strategiyalar üzərində işləməliyik”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Nizami Gəncəvi kifayət qədər dünyada tanınır: “Nizami adına Gəncədə kifayət qədər yer adları var. Biz burada tanınmayanların dünyada tanınmasına şərait yaratmalıyıq, məsələn, Nəsib bəy Yusifbəyli”.
Deputat bildirib ki, Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir: “Sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil. Ölkədə tikinti məhsullarının qiyməti son 1 ildə 30-40% qalxıb. İdman yerlərini bağlayıblar. Burada hansı yoluxma təhlükəsi var?!
Yüzlərlə, minlərlə insanların vəziyyəti ağırdır. Yaxud paltar, ayaqqabı satılan yerləri bağlayıb-açırlar. Hansı ki, ora gün ərzində 10-20 nəfər girə ya girməyə. Bir çox sahələri açmaq lazımdır. İnsanları bu vəziyyətdə qoymaq olmaz. Həmin yerlərdə çalışan insanlar işləmir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...