Deputat dövlət qurumlarına müraciət edib: “Neyləmək istəyirsiniz?!”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dərmanlarla əlaqədər böyük problem var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
O, təklif edib ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada birgə dərman istehsal edilsin: “Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu, ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı neyləsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün 1,15 manat olur. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, “Neyləmək istəyirsiniz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyən qədər dövlət tərəfindən tənzimləmə olsun”.
Oxşar xəbərlər
Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMA
Ölkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları...