Deputat İctimai TV-nin efirində çıxılmaz vəziyyətə düşdü - VİDEO

Millət vəkili Etibar Əliyev İctimai TV-də yayımlanan 3D proqramında çıxılmaz vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, buna səbəb deputatın tənqidi çıxışı ilə bağlı qarşısına arqumentin qoyulması olub.
DJ Fatehin millət vəkilinə veriliş zamanı dediyinə əsasən, onun çıxışından sonra belə təəssürat yaranıb ki, Etibar Əliyev İctimai televiziyaya baxmır.
Deputatın isə məsələyə cavabı belə olub: "Hər bir şəxsin intellektə verdiyi qiymət fərqlidir. Mənim zövqüm başqadır. Yaxşı olardı, belə bir şərait yaradılsın ki, biz təkliflərimizi verək. Elm və təhsil sahəsində daha yaxşı verilişlər olsun".
Qeyd edək ki, İTV-də məktəblilər, həm tələbələr, həm də gənclərlə bağlı intellektual proqramlar efirə gedir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...