Deputat: "Ay yarımdan sonra Tbilisiyə qatarla gedə biləcəyik"

Deputat: Ay yarımdan sonra Tbilisiyə qatarla gedə biləcəyik
Foto
Sosial 217

"Azərbaycan və Gürcüstan arasında nəqliyyatın, o cümlədən dəmiryol nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur".

BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən, mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda, əksinə gedib-gəlmək mümkün olacaq:

"Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryol nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədirlər. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın da sayı çoxdur. Dəmir yolu nəqliyyatının bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə səfər imkanlarını artırır. Gözləntilər ondan ibarətdir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər".

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.

Son xəbərlər