Deputat: “42 gündür komada olan Natiq Şuşanı görmədən ölməməlidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki, komadadır. O, Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin”.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.
O qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır: “O 3 dəfə əməliyyat olunub. Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxanası dəyişdirilsin, ya da mümkün olarsa xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...