Dəmir yolları pandemiya dövründə necə işlədi? - VİDEO

Dəmir yolları pandemiya dövründə necə işlədi? - VİDEO
Video
Sosial 88

Pandemiya dövründə yükdaşımaların fasiləsiz və ən əsası təhlükəsiz şəkildə ölkəyə gətirilməsinə xüsusi diqqət edilir.

BAKU.WS-in BAKU.TV-yə istinadən məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC-nin yükdaşıma departamentinin rəhbəri Emil Əhmədov bildirib ki, qurumun bu istiqamətdəki fəaliyyətində xüsusi karantin rejimi günlərində belə hər hansı fasilə yaranmayıb.

“Artıq Azərbaycan dəmir yollarında quru ilə sərhəd keçid məntəqələrində - Astara, Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində xüsusi dezinfeksiyaedici qurğular quraşdırılıb. Beləliklə, Azərbaycan ərazisinə daxil olan yük qatarları, vaqonlar və konteynerlər dezinfeksiya edilir. Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Dəmir Yollarında işçilərin işə cəlb olunması minimuma endirilib və işə cəlb olunan işçilər xüsusi fərdi mühafizə vasitələri olan tibbi maskalar, əlcəklər və dezinfeksiyaedici məhlullarla təmin olunub”, - deyə Emil Əhmədov əlavə edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars Dəmiryolu xətti üzrə isə dinamik artım müşahidə olunur. Bu marşrut üzrə keçən ilin ilk 5 ayında 35 min ton yük daşınmışdısa, 2020-ci ilin qeyd olunan zaman kəsiyində 137 min ton, yəni 3 dəfə artıq yük daşınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər