Demansdan qorunmağın ən təsirli yolu açıqlandı
Demansdan (beyin funksiyalarında tədricən azalma ilə müşayiət olunan neyrodegenerativ bir pozuntu) qorunmağın ən təsirli yolu açıqlanıb.
BAKU.WS xəbər verir ki, mütəmadi olaraq idmanla məşğul olmağın demansa qarşı ən təsirli qorunma üsulu olduğu bildirilib.
Asudə vaxtlarda edilən fiziki fəaliyyətlərin də demensiya riskini azaltmaq üçün ən təsirli üsul olduğunu qeyd edilib.
74 tədqiqat zamanı 4,2 milyondan çox şəxsin məlumatları təhlil edildikdən sonra alimlər bu nəticəyə gəliblər.
Müntəzəm olaraq idman edən, gəzən, qaçan, üzən və ya velosiped sürən insanların demensiya inkişaf riskinin fiziki cəhətdən ən az aktiv iştirakçılara nisbətən 24 faiz daha aşağı olduğunu müəyyən ediblər.
Nəticələr "The Lancet Public Health" jurnalında dərc olunub .
Oxşar xəbərlər
Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq filialının şöbə müdiri vəzifəsindən...