“Delta” ştammının yaşa görə əlamətləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniyanın Oksford Universitetinin alimləri fərqli yaş qruplarından olan insanlarda koronavirusun "Delta" ştammının hansı əlamətlərlə müşahidə olunduğunu araşdırıblar.
BAKU.WS-in “oxu.az”a istinadən məlumatına görə, "The Sun" məlumat verir ki, virusun müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verdiyi təsdiq olunub.
Məsələn, uşaq və yeniyetmələrdə "Delta" daha çox yüksək temperatura səbəb olur. Yaşlılarda isə daha çox nəfəs darlığı ilə özünü göstərir.
Gənclərdə "Hindistan ştammı" boğaz ağrısı ilə müşayiət olunur və dad, qoxu hissinin itirilməsi ilə nəticələnir.
Oxşar xəbərlər
"Delta" ştammının əlamətləri - boğaz ağrısı, baş ağrısı və...
İlk dəfə Hindistanda görülən "Delta" ştammının əlamətləri açıqlanıb. BAKU.WS xəbər verir ki, "Delta" ştammına yoluxan şəxslərdə baş ağrısı, burun axıntısı və b...