Dekabrın 30-nun HAVA PROQNOZU

Dekabrın 30-nun HAVA PROQNOZU
Sosial 55

Ölkə ərazisində ilin sonuncu iş günü - dekabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Oxşar xəbərlər

Dekabr ayı üçün hava proqnozu açıqlanıb

Dekabr ayı üçün hava proqnozu açıqlanıb

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarın...

9 Sosial 17:20 30 noyabr 2023

Son xəbərlər