Dəfn üçün müavinət xərcləri 33,9 faiz artacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn il dəfn üçün müavinət xərclərinin maliyyələşdirilməsi üzrə tələb olunacaq vəsait 45 mln. manat olaraq müəyyənləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində məlumat öz əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin proqnoz göstəricisindən 11,4 mln. manat (33,9 faiz), 2020-ci ilin icra göstəricisindən isə 19,1 mln. manat (73,7 faiz) çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
İcbari tibbi sığorta haqqında bunları bilmək vacibdir
Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərl...