Dəfələrlə cərimələnən heyvan kəsimi məntəqələri hələ də fəaliyyət göstərir - FOTO

Bakıda keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən beş heyvan kəsimi və ət satışı məntəqəsi aşkarlanıb.
Həmin obyektlərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, nöqsanlar Bakı şəhəri, Xətai rayonunda yerləşən beş məntəqədə aşkarlanıb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...
