Dayanacaqlarda XAOTİK DURUM: Monitor işləmir, oturacaq yoxdur, terminal kart götürmür - VİDEO

Dayanacaqlarda XAOTİK DURUM: Monitor işləmir, oturacaq yoxdur, terminal kart götürmür - VİDEO
Video
Sosial 195

Bakıda nəqliyyatın intellektual idarəetməsinə keçməsindən sonra avtobus dayanacaqları dəyişdirildi. Müasirləşdirilən dayanacaqlara monitorlar da yerləşdirildi ki, sərnişinlərin işi bunun sayəsində asanlaşsın.

BAKU.WS xəbər verir ki, gözlənilənlər heç də özünü doğrultmayıb. Belə ki, vətəndaşlar uzun müddətdir, dayanacaqlardakı monitorlardan ən yaxşı halda güzgü kimi istifadə edirlər.

Bu sözləri "REAl TV"-yə açıqlama zamanı paytaxt sakinləri də təsdiqləyiblər. Onlar bir ağızdan deyiblər ki, monitorların fəaliyyətini heç bir halda görmürlər. Halbuki monitorlar sərnişinlərə marşrutların getdiyi yol və gəlmə vaxtları ilə bağlı geniş məlumat verməli idi. Bunun üçün kifayət qədər pul vəsaiti də xərclənmişdi.

Bakıda dayanacaqlarda mövcud olan acınacaqlı durum təkcə monitorlarla bitmir. Belə ki, dayanacaqların bəzisində sərnişinlər üçün oturacağa rast gəlinmir. Digər tərəfdən ödəmə terminallarının da bəzisinin fəaliyyətsizliyi diqqətdən yayınmır.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər