Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub
03
iyn
2025
20:20
Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Pirverdilər və Tapan kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yoluna çınqıl-torpaq örtüyü salınıb.
Həmçinin xüsusi texnikalar vasitəsilə hamarlama işləri həyata keçirilib, suötürücü qurğular təmizlənərək təmir edilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, adı çəkilən kəndlərin avtomobil yolu uzun zamandır təmirsiz idi və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb
Quba rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı Mirsəlim Məmmədov dövlət dəstəyi ilə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Dövlət Məşğulluq Agentliyinin...