Daşkəsəndə yağan qarın qalınlığı 30 sm-ə çatıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 14-ü axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.
Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb.
Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.
Qalereya
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...