Daşkəsəndə mərkəzi küçədən sel keçir, bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.
Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.
Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
Oxşar xəbərlər
Daşkəsəndə təbii fəlakət nəticəsində bağlanan Çanaxçı-Alaxançallı yolunda hərəkət bərpa edilib - FOTO
Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxç...