Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb
08
iyn
2024
19:02
Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır.
Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.
Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.
Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Bakıda və bəzi rayonlarda külək güclənib, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB 4
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunu...