Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Dekabrın 14-də, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 5) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə BAKU.WS-ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəmkir Ərazi İdarəsinə (telefon: 051 9162418, elektron ünvan: [email protected] ) və Tovuz Ərazi İdarəsinə (telefon: 055 223 14 29, e-poçt: [email protected]) 12 dekabr saat 18:00-a qədər müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
